Azərbaycan Avropada ikinci oldu

Azərbaycan Avropada ikinci oldu
  12 İyul 2013    Oxunub:1356
Avropa regionu üzrə beynəlxalq turist sayının artım faizi açıqlanıb
Ümumdünya Turizm Təşkilatının (BMÜTT) iyul ayında çap olunan "UNWTO Tourism Highlights”-ın 2013-cü il nəşrində 2011-ci illə müqayisədə 2012-ci ildə Avropa regionu üzrə beynəlxalq turist sayının artım faizləri açıqlanıb.

AzVision.az Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən xəbər verir ki, artım templərinə görə göstəricilərə əsasən MDB ölkələri liderlik edir. 2012-ci ildə Azərbaycana gələn turistlərin sayı 1,986 milyon təşkil edib ki, bu da 2011-ci ildəki göstəricidən (1,562 milyon) 27% artıq olub.

Avropa ölkələri (MDB ölkələri də daxil olmaqla) üzrə sıralamanı nəzərə alaraq, turist sayının artma faizinə görə ilk 5-likdəki ölkələr bunlardır:

1. Gürcüstan - 36%
2. Azərbaycan - 27%
3. Moldova - 19%
4. Andorra - 15%
5. Rusiya - 13%

Turizm sahəsində əldə olunan ümumi gəlir göstəriciləri də artıb. Azərbaycan 2011-ci ildə 1,287 milyon ABŞ dolları, 2012-ci ildə isə 2,433 milyon ABŞ dolları ümumi gəlir əldə edərək, 89 % artıma nail olub.

Qeyd edək ki, 2012-ci ildə Gürcüstanın ümumi turizm gəlirləri 1,411 milyon dollar, Moldovanın - 213 milyon dolları, Rusiyanın isə 11,187 milyon dollara bərabər olub.


Teqlər:





Xəbər lenti