Xanımlarımız bizi ildə 280 milyon dollar xərcə salır

Xanımlarımız bizi ildə 280 milyon dollar xərcə salır
  08 Mart 2016    Oxunub:3831
“Son günlər diqqəti çəkən paylaşımlardan biri də xanımların “mənə kosmetika deyil, kitab hədiyyə et” təklifi idi. Dünyada orta hesabla bir xanım həyatı boyunca kosmetika üçün 15 min dollar xərcləyir”.
AzVision.az xəbər verir ki, bu fikirləri iqtisadçı Vüqar Bayramov bildirib.

Ekspertin sözlərinə görə, Səudiyyə Ərəbistanında yaşayan qadın orta hesabla kosmetikaya ildə 3200 dollar xərcləyir: “Bu bir səduiyyəli xanım üçün ömürü boyunca 130 min dollardan artıq xərc deməkdir və dünya üzrə orta göstəricidən 9 dəfə çoxdur. İngilis xanımlar kosmetika üçün 203 min dollar ayırmaqla ən xərcli qadınlar siyahısındadır.

İl ərzində kosmetikaya 280 milyon dollar xərcləyən Azərbaycan xanımları da bəzənməyə çox pul sərf edənlərdəndir. Yalnız Amerika Birləşmiş Ştatlarında kosmetika sənayesinin illik gəliri 62.5 milyard dollardır. Bu dünya kosmetika sənayesinin 33.8 faizi deməkdir. Dünya kitab sənayesinin illik gəliri isə cəmi 7 milyard dollardır. Yəni, kitab sənayesinin gəlirləri kosmetika sektorunun qazancından 27 dəfə azdır. Əminəm ki, məhz Azərbaycan xanımı kosmetikaya deyil, o kitablara üstünlük verəcək”.

V.Bayramov qeyd edib ki, bizim xanımların gözəl görsənməsi üçün kosmetikaya ehtiyacı yoxdur: “İnanıram ki, xanımlara cəmiyyətdə bərabər hüququ onların biliyi və dünyagörüşü, yəni, kosmetika deyil, məhz kitab verəcək. Savadlı xanım daha çox hüquqlu xanımdır”.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti