19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması martın 10-dan 14-dək Bakıda, martın 14-dən 18-dək isə Monteneqronun Podqoritsa şəhərində təlim-məşq toplanışında olacaq.
Millimiz hazırlıq prosesi çərçivəsində martın 15-də, Bakı vaxtı ilə saat 18:00-da, martın 17-də isə saat 14:00-da Monteneqronun U-19 yığması ilə yoxlama oyunu keçirəcək.