Çempionlar Liqası: `Real Madrid` uddu

Çempionlar Liqası: `Real Madrid` uddu
  09 Mart 2016    Oxunub:1865
Ötən gecə Çempionlar Liqasında 1/8 finalın cavab oyunları keçirilib.
AzVision.az-ın məlumatına görə, ilk oyun günündə iki qarşılaşma keçirilib.

"Real-Madrid" öz meydanında "Roma"nı qəbul edib. Səfərdə rəqibinə 2:0 hesabı ilə qalib gələn "Real" bu dəfə də eyni hesablı qələbə qazanaraq 1/4 finala yüksəlib.

Digər qarşılaşma isə Almaniyada keçirilib. "Volfsburq" "Gent"i qəbul edib. Səfərdə rəqibinə 3:2 hesabı ilə qalib gələn Almaniya təmsilçisi bu dəfə 1:0 hesabı ilə qələbə qazanaraq növbəti mərhələyə keçib.

Qeyd edək ki, bu gün 1/8 finalın daha iki oyunu keçiriləcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti