Xüsusi qabiliyyət imtahanının vaxtı açıqlanıb

Xüsusi qabiliyyət imtahanının vaxtı açıqlanıb
  12 İyul 2013    Oxunub:1107
Azərbaycanda III ixtisas qrupunda xüsusi qabiliyyət imtahanı iyulun 18-dən 24-dək aparılacaq.
AzVision.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) müavini Namiq Babyev bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, qabiliyyət imtahanını müvəffəqiyyətlə verən abituriyentlər ixtisas seçimi zamanı elektron ərizələrində müvafiq ixtisasın kodunu göstərə bilərlər.

Qabiliyyət imtahanından müvəffəqiyyətlə keçməyən abituriyentlər isə müsabiqə şərtini ödədikləri halda III ixtisas qrupuna daxil olan digər ixtisasların müsabiqəsində iştirak edəcəklər.

Bütün qruplar üzrə ixtisas seçimi abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra avqustun 6-dan 15-dək internet vasitəsilə aparılacaq.

Tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə daxil olmaq istəyən və müsabiqə şərtlərini ödəyən abituriyentlər ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən təyin olunacaq müddətdə elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçəcəklər.

Fatimə


Teqlər:





Xəbər lenti