Abituriyentlərə imtahan günü xəbərdarlığı

Abituriyentlərə imtahan günü xəbərdarlığı
  12 İyul 2013    Oxunub:1097
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 14-də III ixtisas qrupunda iştirak edəcək abituriyentlər xəbərdarlıq edib.
TQDK sədrinin müavini Namiq Babayevin sözlərinə görə, abituriyentlər imtahana 2 sənəd gətirməlidirlər.

Belə ki, şəxsiyyəti təsdiq edən sənədin əslini və imtahana buraxılış vərəqəsi"ni. Gostərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı uzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

Qeyd edək ki, III ixtisas qrupu imtahan vermiş abituriyentlərinin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr qısa müddətdə TQDK-nın internet saytında yerləşdiriləcək.
Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.

Fatimə


Teqlər:  





Xəbər lenti