Magistrlar üçün son gün

Magistrlar üçün son gün
  12 İyul 2013    Oxunub:1026
Ali təhsil müəssisələrinin magistraturasına qəbul olanların qeydiyyatı bu gün sona çatır.
AzVision.az xəbər verir ki, bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev məlumat verib.

O bildirib ki, magistraturaya qəbul olanların qeydiyyatı bu gün saat 17:00-a qədər davam edir:

“Onlar tələb olunan sənədləri təqdim etməklə qəbul olduqları ali təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər. Bakalavrın həmin müddətdə qeydiyyatdan keçməməsi müvafiq ixtisasa yerləşdirməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyasından xaric ediləcək”.

Fatimə KƏRİMLİ


Teqlər:





Xəbər lenti