30 min məhbus aclıq elan etdi

30 min məhbus aclıq elan etdi
  12 İyul 2013    Oxunub:1181
Kaliforniya həbsxanalarında 30 min məhbus aclıq elan edib.
AzVision.az məlumat verir ki, məhbuslar bu cür aksiya ilə yaşayış şəraitinin yaxşılaşdırılmasını və müxtəlif reabilitasiya proqramlarında iştirak etməyi tələb edirlər.

Məhbusların maraqlarını ifadə edən “Prisoner Hunger Strike Solidarity” təşkilatının saytı bildirir ki, 30 min məhbus qida qəbul etməkdən imtina edib. Hakimiyyətin rəsmi məlumatına görə isə aclıqda 12 mindən çox məhbus iştirak edib və min nəfər etiraz əlaməti olaraq işləməkdən imtina edib.

Təhlükəsizlik baxımından ştatın etiraz aksiyaları keçirilən həbsxanaları barədə qəsdən məlumat ya verilmir, ya da təhrif edilir.

AzVision.az


Teqlər:





Xəbər lenti