Cəbhədə azan səsi
APA-nın məlumatına görə, əvvəlcə Dövlət Komitəsi, Dağlıq Qarabağın Azərbaycanlı İcması İB rəhbərliyi, o cümlədən ziyalılar, ictimaiyyət nümayəndələri, millət vəkilləri, ilahiyyatçılar, din xadimlərindən ibarət qrup Ağdam rayonunun girişində yerli dindarlar və rayon ictimaiyyəti ilə birgə Quzanlı qəsəbəsində Heydər Əliyevin abidəsini və Vətən uğrunda şəhid olanların xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər.
Sonra Ağdam rayonunun Çəmənli kəndində, cəbhə xəttinin 3-4 km-liyində yerləşən “Cümşüd” məscidində dindarların və rayon ictimaiyyətinin iştirakı ilə mitinq keçirilib, o cümlədən vaxtilə Ağdam “Cümə” məscidindən verilmiş azanın bərpası mərasiminə başlanıb. Kampaniya cəbhə xətti boyu davam edir.