`Biz bu dəhşətli hadisədən çox hiddətləndik`- Zakir Həsənov
"Qardaş Türkiyə Respublikasının Ankara şəhərində baş vermiş xain terror aktı nəticəsində çoxlu sayda insanın həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Biz bu dəhşətli hadisədən çox hiddətlənir, terrorizmi qətiyyətlə pisləyirik. Terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik. Həlak olanlara rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm. Allah rəhmət eləsin”.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


