`Sınıq Körpü`də sıxlıq yaranıb
Ölkəyə gələnlərin sayındakı kəskin artım bu gömrük keçid məntəqəsində təqribən 2 saata qədər nisbi sıxlığın yaranmasına səbəb olub. Dərhal Azərbaycan gömrük xidmətinin həyata keçirdiyi müvafiq tədbirlər nəticəsində sıxlıq aradan qaldırılıb, nəqliyyat vasitələrinin və fiziki şəxslərin normal iş rejimində keçidi bərpa edilib.
Dövlət Gömrük Komitəsi bildirir ki, hazırda Azərbaycan-Gürcüstan sərhədində heç bir sıxlıq müşahidə olunmur, vətəndaşların və nəqliyyat vasitələrinin sərhəddən sərbəst şəkildə keçidi tam təmin edilir.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


