Bakıda gülməli qəza: Sürücünü şapalaqladılar – VİDEO
Bu zaman tam normal şəkildə yolu keçməyə çalışan iki piyadanı vuran motosiklet sürücüsü çətin vəziyyətə düşür.
Xoşbəxtlikdən piyadalar bir qədər ayıqlıq göstərərək qəzadan qismən yayına bilirlər. Piyadalar isə hirsini sürücüdən çıxaraq onu əlləri ilə vurmağa başlayırlar. Hətta, onlardan biri əlindəki yükü sürücünün başına çırpır.
Videoya diqqət etdikdə daha bir maraqlı məqam ortaya çıxır. Qarşı yolla hərəkət edən digər motosikletçi svetoforda iki piyadanın motosiklet sürücüsünü vurduğunu gördükdə, dərhal istiqaməti dəyişərək köməyə gəlir. O, dəbilqəsini çıxararaq mübahisə edənlərə yaxınlaşır.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


