Uşaq bağçaları Təhsil Nazirliyinə qaytarılmayacaq
Komitə sədri bildirib ki, "Məktəbəqədər təhsil haqqında" qanun layihəsinin hazırlanması anonsunu verər-verməz belə bir məsələ gündəmə gətirildi ki, uşaq bağçaları, bütövlükdə məktəbəqədər təhsil müəssisələri Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır:
“Belə bir məsələ yoxdur. Belə bir məsələdən söhbət gedə bilməz və indi bu məsələnin ortaya atılması da düzgün deyil. Heç kim deməyib ki, uşaq bağçaları Təhsil Nazirliyinin tabeçiliyinə qaytarılır. Bu, qanun predmeti deyil. Bunu ölkə prezidenti fərman və sərəncamları ilə müəyyən edir".
Anar Kəlbiyev
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


