Ərdoğanın Bakı səfəri haqda Rəsmi Açıqlama

Ərdoğanın Bakı səfəri haqda Rəsmi Açıqlama
  14 Mart 2016    Oxunub:5104
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah Azərbaycana rəsmi səfəri gözlənilir.

Bu barədə AzVision.az-a Türkiyənin Bakıdakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, R.T.Ərdoğanın martın 15-ə planlaşdırılan Bakı səfərinin təxirə salınması hazırda gündəmdə deyil.

Qeyd edək ki, dünən Ankaranın "Kızılay" meydanında törədilən terror hadisəsi zamanı 37 nəfər həlak olub, 125 nəfər yaralanıb.

Xatırladaq ki, R.T.Ərdoğan Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında iştirak etmək üçün Azərbaycana fevralın 17-də gəlməli idi. Lakin həmin vaxt da Ankarada terror hadisəsi törədilmiş, nəticədə səfər təxirə salınmışdı.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti