Artur Rasizadə Qarabağı müzakirə etdi
Səfər çərçivəsində Bakıda keçirdiyi görüşlər barədə Azərbaycanın Baş nazirinə ətraflı məlumat verən çexiyalı qonaq nümayəndə heyətinin tərkibində ölkəmizə gələn iş adamlarının Azərbaycanla hərtərəfli işbirliyinə hazır olduqlarını diqqətə çatdırıb.
Baş nazir Artur Rasizadə bir çox istiqamətlər üzrə Azərbaycanın etibarlı tərəfdaşı olan Çexiyanın ölkəmizlə təkcə enerji daşıyıcıları sahəsində deyil, həmçinin qeyri-neft sektorunda da geniş əməkdaşlıq edə biləcəyini deyib. O, xüsusən maşınqayırma, hərbi-sənaye, bank-maliyyə, kənd təsərrüfatı, humanitar sfera, turizm, infrastruktur və digər sahələrdə səmərəli fəaliyyət üçün münbit şəraitin olduğunu qeyd edib.
Görüşdə qlobal beynəlxalq problemlər fonunda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən söhbət gedərkən, Baş nazir Çexiyanın hər zaman ölkəmizin haqq işini müdafiə etdiyini məmnunluqla xatırladıb. Tərəflər münaqişənin beynəlxalq hüquq normaları çərçivəsində, Azərbaycanın ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həllinin vacibliyini vurğulayıblar.
Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


