İmtahan nəticələri açıqlandı

İmtahan nəticələri açıqlandı
  14 Mart 2016    Oxunub:1794
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən 2016-cı il martın 13-də respublikanın peşə liseylərinin sonuncu sinfində təhsil alan şargirdlər üçün keçirilmiş buraxılış imtahanlarının nəticələri elan olunub.
AzVision.az xəbər verir ki, nəticələr martın 14-də TQDK-nın rəsmi internet səhifəsində yerləşdirilib.

Qeyd edək ki, peşə liseylərində keçirilmiş buraxılış imtahanlarında Ana dili və riyaziyyat fənlərinin hər biri üzrə ayrılıqda test tapşırıqlarına verdiyi düzgün cavablarının sayı 8-dən, xarici dil və ya kimya fənnindən 7-dan az olmayan şagirdlər müvəffəq qiymət alırlar.

AzVision.az


Teqlər:






Xəbər lenti