Ərdoğanın səfəri təxirə salındı - İlham Əliyev Ankaraya gedir

Ərdoğanın səfəri təxirə salındı - İlham Əliyev Ankaraya gedir
  15 Mart 2016    Oxunub:7563
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın martın 15-ə planlaşdırılan Bakı səfəri təxirə salınıb.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Bakıda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası Ankarada keçiriləcək.

Bu səbəbdən Ərdoğanın səfəri təxirə düşüb.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, iclasın Ankarada keçirilməsini Azərbaycan prezidenti İlham Əliyev təklif edib. Ərdoğan İlham Əliyevə bu jestinə görə təşəkkür edib.

Prezident İlham Əliyev iclasda iştirak etmək üçün sabah Ankaraya səfər edəcək.

AzVision.az


Teqlər:  





Xəbər lenti