İlham Əliyevdən Ərdoğana jest

İlham Əliyevdən Ərdoğana jest
  15 Mart 2016    Oxunub:22306
Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev sabah Türkiyənin paytaxtı Ankaraya səfər edəcək.

AzVision.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Ankarada keçiriləcək Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasında Azərbaycan və Türkiyə prezidentləri bir sıra mühüm məsələləri müzakirə edəcək.

Görüşdə “Şahdəniz 2” və Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsi ilə bağlı fikir mübadiləsi aparılacaq, bundan əlavə ölkələrimiz arasında münasibətlər və regiondakı durum dəyərləndiriləcək.

Qeyd edək ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sabah planlaşdırılan Bakı səfəri təxirə salınıb. Bakıda keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclası təcili Ankarada keçiriləcək.

Türkiyə mətbuatının verdiyi xəbərə görə, iclasın Ankarada keçirilməsini Azərbaycan prezidenti İlham Əliyev təklif edib. Ərdoğan İlham Əliyevə buna görə təşəkkür edib.

Ankarada terror faciəsinin yaşandığı məqamda İlham Əliyevin Türkiyəyə getməsi Azərbaycan rəhbərliyinin qardaş Türkiyəyə qarşı jesti kimi qiymətləndirilir.

AzVision.az


Teqlər:  





Xəbər lenti