`Kimsə baş nazirdən inciyə bilər?`- Millət vəkili

`Kimsə baş nazirdən inciyə bilər?`- Millət vəkili
  15 Mart 2016    Oxunub:2777
"Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır".
AzVision.az xəbər verir ki, bu fikirləri Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib.

Millət vəkili hökumət üzvlərinin bəzilərinin əhaliyə və deputatlara açıq olmamasından şikayətlənib:

"Hökumət üzvlərindən üz döndərənlər bizə üz tuturlar. Çünki biz sonuncu şikayətçini, seçicini qəbul edib, dinləyib qurtarana kimi Milli Məclisdən getmirik. Ona görə də hörmətli hökumət üzvləri, qapılarınızı insanların ümid yeri, elçisi olan deputatların üzünə açın. Var qapılar taybatay açılır, var qapılar ki, oradan bir quş da uça və ya içəri girə bilməz. Kimsə baş nazir Artur Rasizadədən inciyə bilər? Təbii ki, heç kim. Çünki onun qapısı hər zaman deputatların üzünə açıqdır. O, məmur əxlaqı məktəbinin yaradıcısıdır.

Kim deyə bilər ki, daxili işlər naziri Ramil Usubovun qəbuluna düşə bilmir? O, hər zaman millət vəkillərinə qarşı sayğılı davranışı ilə seçilir. Bu, heç də yarınma deyil, mənim kiməsə yarınmağa ehtiyacım yoxdur. Amma kim deyə bilər ki, Bakı Şəhər İcra Hakimiyyətinin başıcısının qapısı onun üzünə açıqdır? Bunu kim deyərsə, adı yəqin ki, Ginnesin rekordlar kitabına düşə bilər".

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti