Pensiyaçılara şad xəbər: `Problem olmayacaq`

Pensiyaçılara şad xəbər: `Problem olmayacaq`
  15 Mart 2016    Oxunub:3389
"Bu il əhalinin pensiya təminatında problem olmayacaq".
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev deyib.

DSMF sədri bildirib ki, pensiya islahatları konsepsiyasının reallaşdırılması ilə bağlı qanunvericilikdə dəyişikliklər hazırlanıb.

“Aidiyyatı qurumlarla birlikdə qanunvericiliyə dəyişikliklər layihəsi hazırlanıb və hazırda hökumətdə baxılır, müzakirələr davam etdirilir. Qəbul ediləcək qərarlarla Azərbaycanın sığorta pensiya sistemində yeni pensiya formulunun tətbiqi nəzərdə tutulur. Yeni sistemin tətbiqi həm ayrı-ayrı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və ödənilən sosial haqları ilə təmin olunan pensia məbləğlərinin addekvatlığının təmin olunmasına imkan yaradacaq, eyni zamanda dövlətin öhdəlikləri ilə sığorta pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsini şərtləndirəcək”.

O, həmçinin əlavə edib ki, ötən il ərzində DSMF-nin əldə etdiyi maliyyə nəticələri və bunun cari ildə də davam etdirilməsi əhalinin pensiya təminatında problemin olmamasına imkan verəcək.

Anar Kəlbiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti