Sosial sığorta haqlarının dəyişdirilməsi təxirə salınıb

Sosial sığorta haqlarının dəyişdirilməsi təxirə salınıb
  15 Mart 2016    Oxunub:1652
“Hazırkı iqtisadi müstəvidə sosial sığorta haqlarının strukturunun dəyişdirilməsi Dövlət Sosial Müdafiə Fondunun ümumi daxilolmalarına elə də müsbət təsir etməyəcək. Əksinə, əhalinin gəlirlərinin və orta aylıq əmək haqqının indiki səviyyəsində işçinin üzərinə düşən yükün artırılması müəyyən mənada mənfi təsirlər yarada bilər”.
AzVision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Elman Mehdiyev deyib. Fond sədri qeyd edib ki, yeni hazırlanan Pensiya İslahatı Konsepsiyasında bu məsələ hələlik təxirə salınıb:

“Bu məsələnin reallaşdırılması üçün ilk növbədə iqtisadi səmərənin olması vacib şərtlərdən biridir. Yəni, DSMF-nin daxilolmalarının artımı ilə bağlı qəbul ediləcək qərarların və əhalinin vəziyyətinə hansı səviyyədə təsir etməsi əsas məsələdir.

Çünki orta aylıq əmək haqqının hazırkı səviyyəsində işçinin üzərinə hər hansı bir yükün qoyulması, yəni ondan tutulan sosial sığorta haqqının artırılması müəyyən narazılığa səbəb ola bilər. Daha doğrusu, işçilərin sosial vəziyyəti buna hələ hazır deyil. Bu baxımdan bu qərar hələ ki, təxirə salınır".

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti