AFFA klubları cərimələdi

AFFA klubları cərimələdi
  15 Mart 2016    Oxunub:2043
Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
AzVision.az xəbər verir ki, yığıncaqda Topaz Premyer Liqasının XXV turunda, həmçinin Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab oyunlarında baş verənlərlə bağlı qərarlar qəbul olunub. “Zirə” hər iki turnirdə keçirdiyi matç üçün cəzalanacaq.

Çempionatın hesabat turunda 4 futbolçusu xəbərdarlıq alan “Zirə” və “Sumqayıt” 1000 manat cərimələnib. Premyer Liqanın XXV turunun "Sumqayıt" - "Qarabağ" matçında meydan sahiblərinin, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter" - "Rəvan" qarşılaşmasında isə qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Nəticədə "Sumqayıt" və "Rəvan" hərəyə 1000 manat cərimələnib.

Kubok qarşılaşmalarında isə “Zirə” və “Rəvan” ziyana düşüb. Sonuncular “İnter”, qəsəbə klubu isə “Qəbələ” ilə matçda 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün 1000 manat ödəməlidi.

AzVision.az


Teqlər:





Xəbər lenti