`Müdafiə qüdrətimiz getdikcə yüksəlir` - Bahar Muradova

`Müdafiə qüdrətimiz getdikcə yüksəlir` - Bahar Muradova
  15 Mart 2016    Oxunub:1649
`Azərbaycanda ordu quruculuğu ötən il uğurla davam etdirilib, hərbi intizam daha da möhkəmləndirilib`.
AzVision.az-ın məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti haqqında hesabatının müzakirəsi parlamentin sədr müavini Bahar Muradova deyib. Onun sözlərinə görə, büdcədən bu istiqamətdə ayrılmış 3,3 milyard manat ordunun maddi-texniki bazasının möhkəmləndirilməsinə, hərbçilərin sosial vəziyyətinin yaxşılaşdırılmasına sərf olunub:

`Bu da özünü düşmənin təxribatlarının qarşısının alınmasında açıq-aşkar göstərib. Bütün bunlar isə Azərbaycan xalqının ordumuza olan inamını daha da artırıb. Bizim müdafiə təyinatlı silah–sursat istehsalı beynəlxalq sərgilərdə iştirak edir`, - deyə Bahar Muradova vurğulayıb.

`Hökumətin gördüyü bütün işlər Azərbaycan vətəndaşının gələcək rifahı üçündür` - deyən Bahar Muradova bildirib ki, bütün bunlarla yanaşı, ötən il bir sıra problemlərin həlli üçün yeni imkanlar da yaradıldı. Bu isə dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan hökuməti tərəfindən həyata keçirilən iqtisadi, sosial və digər sahələri əhatə edən islahatlar paketi ilə bağlıdır:

“Hesab edirəm ki, 2015-ci ildən başlamış, 2016-cı ildə sürətlə davam etdirilən bu islahatlar mövcud olan problemlərin də bir çoxunun aradan qaldırılmasına imkan yaradacaq”.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti