İnanclara görə, ilaxır çərşənbədə ilkin olaraq hansı sözü eşitsən, ili o cür başa vuracaqsan. Yandırılan bayram tonqalının ətrafında insanlar dövrə vuraraq onun üstündən tullanar, üzərlik yandırar, “ağırlığım-uğurluğum odlara tökülsün” deyər, hamı bir-birinə bütün pisliklərin odda yanmasını arzulayar.
Hər il olduğu kimi bu ildə paytaxt Bakıda xalqımızın Milli bayramı - “İlaxır çərşənbə” günü təntənəli şəkildə təşkildə qeyd edilir.
Novruz personajları – Bahar qızı, Kosa, Keçəl və musiqi qruplarının iştirakı ilə dəvələr, süvarilər faytonların müşayiətilə böyük karvan Suraxanı “Atəşgahı”na yola düşüb.
Novruz personajları paytaxt küçələrində maraqla qarşılanıb. Sakinlər Bahar qızı, Kosa, Keçəllə şəkil çəkdirərək bayramın sevincini yaşayıblar.
Fotolar: Elvin Abdulla
AzVision.az