Ərdoğandan Əliyevə qarşılıqlı jest: Təyyarəyə qədər ötürdü - VİDEO

Ərdoğandan Əliyevə qarşılıqlı jest: Təyyarəyə qədər ötürdü - VİDEO
  16 Mart 2016    Oxunub:16993
Bəlli olduğu kimi, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan martın 15-də Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasına qatılmaq üçün Bakıya gəlməli idi.

Lakin Ankarada törədilən terror aktı bu planı pozdu. Əvəzində Azərbaycan Prezidenti İlham Əliyev qardaş ölkəyə jest edərək, özü Ankaraya səfərə getdi.

Dünən axşam İlham Əliyevi Azərbaycana yola salarkən Ərdoğan qarşılıqlı jest nümayiş etdirib və Azərbaycanın dövlət başçısını düz təyyarənin bortuna qədər ötürüb.

AzVision.az





Teqlər:  






Xəbər lenti