Dünya Əliyev-Ərdoğan görüşündən danışır

  16 Mart 2016    Oxunub : 4395
Dünya Əliyev-Ərdoğan görüşündən danışır
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 15-də nələr baş verdi?

AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:


Əsəd Putinə təşəkkür etdi

Suriya prezidenti Bəşər Əsəd rusiyalı həmkarı Vladimir Putinə terrorçuluqla mübarizədə genişmiqyaslı dəstəyə və humanitar yardıma görə minnətdarlığını bildirib.

***

Ermənistan ordusunda daha bir itki

Ermənistanın Tavuş rayonunda hərbi hissələrdən birində güllə yarası olan əsgər meyiti tapılıb.

***

Azərbaycanda regional elektrik şəbəkələri ləğv edildi

Baş nazir Artur Rasizadə “Təbii inhisar subyektlərinin Siyahısı”nda dəyişikliklər edib.

***

Putin Obamaya hesabat verdi

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Barak Obama telefon danışığı zamanı Suriyadakı vəziyyəti müzakirə ediblər.

***

Rusiya qoşunları Suriyadan çıxır – Proses başladı

Suriyada Xmeymim bazasının texniki personalı təyyarələrin Rusiya ərazisindəki bazalara qayıtması üçün hazırlıq işlərinə başlayıb.

***

Türkiyədə 45 PKK üzvü öldürülüb

Türkiyə Silahlı Qüvvələrinə məxsus hərbi təyyarələrin PKK terror təşkilatının Şimali İraqda yerləşən hədəflərinə endirdiyi aviazərbələr nəticəsində 45 terrorçu məhv edilb.

***

Neftin taleyi harada həll olunacaq?

OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının növbəti görüşü Dohada keçirilə bilər.



`Uğur qazanmaq o qədər də asan deyil` - Artur Rasizadə

Martın 15-də keçirilən Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti barədə hesabatla çıxış edib.

***

Türkiyənin ən böyük problemi nədir? - İNFOQRAFİKA

Türkiyənin ən böyük problemi nədir? `Kadir Has Üniversitesi` bu suala cavab vermək üçün sosial araşdırma aparıb. AzVision.az araşdırmanın nəticələrini infoqrafika formasında təqdim edir.

***

Nazarbayev Azərbaycana gəlir

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycana səfər etməyi planlaşdırır.

***

ABŞ-dan xəbərdarlıq: Türkiyədə dəhşətli terror gözlənilir

ABŞ-ın Türkiyədəki səfirliyi bu ölkədə fəaliyyət göstərən Amerika şirkətlərinə xəbərdarlıq edib.

***

Suriyadan çıxarılan Rusiya təyyarələri Azərbaycandan keçəcək

Rusiyanın dövlət televiziyası “Rossiya 24” qoşunların Suriyadan çıxarılma marşrutları sırasında Azərbaycanı da göstərib.

***

Putin Suriyada bütün hədəflərinə nail oldu – Stratfor

Rusiyanın Suriyada olan qoşunlarının əsas hissəsini çıxarmaq barədə qərarının Cenevrədə baş tutacaq danışıqlarla üst-üstə düşməsi Suriyanın gələcəyi ilə bağlı prosesdə razılaşmanın əldə olunması anlamına gələ bilər.

***

Deputatın 787 manat işıq pulu borcu var

Milli Məclisin bugünkü iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatı müzakirəyə çıxarılıb.

***

`Kimsə baş nazirdən inciyə bilər?`- Millət vəkili

"Milli Məclis təkcə qanunverici orqan deyil, həm də xalqın ümid qapısıdır".Bu fikirləri Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2015-ci ildə fəaliyyəti üzrə hesabatının müzakirəsi zamanı deputat Fəzail İbrahimli deyib.



İlham Əliyev Ərdoğanla görüşdü - FOTOLAR+VİDEO (Yenilənib)

Prezidentin Ankara səfəri - Günün FOTOLARI

Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə rəsmi səfər edib.

***

Türiyədə gözlənilən iclas keçirildi - VİDEO (Yenilənib)

Ankarada Türkiyə-Azərbaycan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının V iclası baş tutub.

***

Ankarada 6 sənəd imzalandı - FOTOLAR

Martın 15-də Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

***

Ərdoğanın Qarabağ mövqeyi: `Geri addım atmayacağıq`

ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini uzadır. Beynəlxalq sənədlərin qəbul olunmasına baxmayaraq, Qarabağ problem hələ də həllini tapmayıb. Münaqişənin həll edilməməsi üzücüdür”. Bu fikirləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 5-ci iclasından sonra keçirilən mətbuat konfransında deyib.

***

`Türkiyə nə qədər güclü olsa, biz də güclüyük` - İlham Əliyev

Türkiyədə İlham ƏliyevRəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçən Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısı başa çatıb.

***

`Onların ləyaqəti alçaldılır, qəfəslərə salınır`- Prezident

“Türkiyə təmənasız olaraq milyonlarla qaçqını öz ölkəsində yerləşdirir, böyük vəsait xərcləyir. Biz humanitar fəlakətdən əziyyət çəkən ölkə kimi bilirik ki, bu, nə qədər ağır məsələdir”. Bu fikirləri prezident İlham Əliyev Ankarada birgə mətbuat konfransında bildirib. Ölkə başçısı Avropada yaşanan miqrant problemindən söz açıb.




Əliyevlə Ərdoğanın səmimi görüşü - VİDEO

İki ölkə liderinin səmimi görüşü diqqət çəkib. İndiki məqamda belə səmimi görüş Azərbaycanın Türkiyəyə böyük mənəvi dəstəyinin ifadəsi hesab olunur.

***

Siyavuş Novruzov deputatlara “sataşdı” - “Gülüncdür”

YAP-ın icra katibinin müavini Siyavuş Novruzov Milli Məclisdə çıxışı zamanı parlamentə seçilənlərin hökumətin fəaliyyətini qeyri-qənaətbəxş hesab etməsini gülünc hesab edib.

***

Ukrayna Rusiya ilə diplomatik əlaqələri kəsir

Ukrayna parlamentində Rusiya ilə diplomatik əlaqələrin kəsilməsi ilə bağlı qanun layihəsi qeydiyyatdan keçib.

***

Lisenziyaların sayı 300-dən 80-ə endirildi

Milli Məclisin plenar iclasında “Lisenziyalar və icazələr haqqında” qanun layihəsi müzakirə olunub.

***

Azərbaycanda "Tik, idarə et, təhvil ver" modeli tətbiq ediləcək

Milli Məclisin plenar iclasında "Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında" qanun layihəsi müzakirə edilib.



Novruz gəlir, yaz gəlir... - FOTOLAR

Azərbaycanda İlaxır çərşənbə qeyd olunub.

***

Peskovun qızı Putinə qarşı çıxdı

Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Rusiyanın təhsil sistemini sərt tənqid edib.

***

Mərkəzi Bankdan yeni manat açıqlaması

“Cari ilin ötən dövrü üzrə valyuta bazarında baş verən proseslərin təhlili bir daha ajiotajın aradan qalxdığını və iqtisadi subyektlərin yeni rejimə tədricən uyğunlaşdıqlarını göstərir”. Bu barədə Mərkəzi Bankdan bildirilib.

***

Azərbaycan sərhədində `nurçu` əməliyyatı - Lider tutuldu

Dağıstanda “nurçu”lara qarşı xüsusi əməliyyat keçirilib.

***

Sürücülük vəsiqələrimiz Türkiyədə tanınacaq

Azərbaycanın sürücülük vəsiqələri Türkiyədə tanınacaq. Prezident İlham Əliyevin Türkiyə səfəri zamanı iki ölkə arasında bu barədə sənəd imzalanıb.

***

37 nəfərin qatili bu qızdır - Rəsmi açıqlama

Türkiyənin Daxili İşlər Nazirliyi martın 13-də Ankarada baş verən terror aktı ilə bağlı rəsmi açıqama yayıb.



Prezidentin Türkiyə səfəri başa çatdı - FOTOLAR (VİDEO)

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb.

Qeyd edək ki, prezident İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Ankara görüşü dünyanın aparıcı KİV-lərinin diqqət mərkəzində olub. Prezidentlərin səmimi görüşü sosial şəbəkələrdə və mediada geniş müzakirələrə səbəb olub.

Hazırladı: Elvin Abdulqədirov

Teqlər: