MSK siyasi partiyalara xəbərdarlıq etdi
Onun sözlərinə görə, Azərbaycanda siyasi partiyaların fəaliyyəti şəffaf, düsrüst olmalıdır: “Partiyalar qanunvericiliyə uyğun olaraq aprelin 1-ə qədər illik maliyyə hesabatlarını MSK-ya təqdim etməli və hesabatlarını dərc edərək rəsmiləşdirilmə prosesini başa çatdırmalıdır. Keçən il ilk il olduğu üçün siyasi partiyaların bu sahədə fəaliyyətinin təkmilləşməsinə ehtiyac duyulurdu. Bu ildən isə partiyalar illik maliyyə hesabatlarını aprelin 1-ə qədər mütləq MSK-ya təqdim etməlidir”.
O, qeyd edib ki, bu il hesabatlarını təqdim etməyən partiyalar qarşı qanunvericilikdə nəzərdə tutulan addımlar atılacaq: “Bununla bağlı Ədliyyə Nazirliyinə müvafiq müraciət edəcəyik. Ümid edirəm ki, bununla bağlı siyasi partiyalara qarşı sanksiyalara ehtiyac qalmayacaq. MSK partiyalar üçün bu sahədə maarifləndirici xarakterli tədbirlər təşkil edir, bu gün də belə tədbir keçiriləcək. Gələcəkdə isə beynəlxalq təşkilatlar da bu sahədə partiyaların maarifləndirilməsinə cəlb olunacaq”.
Elvin Abdulqədirov
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


