Bakı metrosunda caz dinləyəcəksiniz

Bakı metrosunda caz dinləyəcəksiniz
  16 Mart 2016    Oxunub:1868
Bakı Metropoliteni QSC və 106.3 FM məşhur cazmen Vaqif Mustafazadənin doğum gününə həsr edilmiş xüsusi proqram hazırlayıb.
Bakı Metropoliteninin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, sərnişinlər bu gün saat 15:00-dan etibarən metronun bütün stansiyalarında məşhur cazmenin əsərlərini dinləyə biləcək.

“Milli cazı milli radioda və Bakı Metrosunda dinləyin. 3 saatdan artıq davam edəcək proqramdan həzz alacaqsınız”,- məlumatda qeyd olunur.

AzVision.az


Teqlər:





Xəbər lenti