Pensiyaçılara bayram müjdəsi

Pensiyaçılara bayram müjdəsi
  16 Mart 2016    Oxunub:3243
Dövlət Sosial Müdafiə Fondu (DSMF) qarşıdan gələn Novruz bayramı ilə əlaqədar olaraq bu ilin mart ayı üzrə əmək pensiyalarının vaxtından əvvəl maliyyələşdirilməsini yekunlaşdırıb.
Fondun İctimaiyyətlə əlaqələr sektorundan AzVision.az-a verilən məlumata görə, mart ayının 15-dək respublikanın şəhər və rayonları üzrə pensiya məbləğlərinin qrafikdə nəzərdə tutulmuş müddətdən əvvəl vətəndaşların pensiya plastik kart hesablarına köçürülməsi başa çatdırılıb.

2016-cı il yanvar ayının 1-i tarixinə olan məlumata əsasən, Azərbaycanda əmək pensiyası alan şəxslərin sayı 1 milyon 299 min 946 nəfərdir. Onların 60,1%-i yaşa görə, 28,8%-i əlilliyə görə, 11,1%-i isə ailə başçısını itirməyə görə əmək pensiyası alanlar təşkil edir.

AzVision.az


Teqlər:  






Xəbər lenti