DSMF sədri vətəndaşlarla görüşüb
Görüş zamanı həmçinin, əmək pensiyasının üzərinə qulluq stajına görə əlavənin hesablanması, əyani təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və digər məsələlərə dair çoxsaylı təklif və şikayətlər dinlənilib.
Vətəndaşların rahatlığının təmin olunması məqsədilə Dövlət Sosial Müdafiə Fondunun sspf.gov.az rəsmi internet saytında qəbula əvvəlcədən yazılmaq imkanı yaradılıb, müraciət üçün əlaqə nömrələri göstərilib. Həmçinin, qəbulda iştirak edənlərin Fondun müvafiq rayon şöbələrinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla qəbulun keçirildiyi ünvana aparılıb- gətirilmələri təmin olunub.
Dövlət Sosial Müdafiə Fondunun məsul əməkdaşlarının, o cümlədən Salyan, Hacıqabul, Neftçala, Biləsuvar rayonlarının və Şirvan şəhərinin şöbə müdirlərinin iştirakı ilə keçirilən qəbul zamanı ümumilikdə 30-dək vətəndaşın müraciətinə baxılıb. “Açıq qapı” şəraitində davam etdirilən görüşdə hər bir vətəndaşın müraciəti diqqətlə dinlənilib, Fondun sədri Elman Mehdiyev onların problemlərinin həlli ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün konkret tapşırıqlar verib və müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb.
Qəbul zamanı Fondun səlahiyyətlərinə aid olmayan məsələlərə dair vətəndaşlarla lazımi izahat işi aparılmaqla, aidiyyəti orqanlara müraciət edilməsi qərara alınıb.
AzVision.az