`Bu gün və ya sabah əfv olacaq`

`Bu gün və ya sabah əfv olacaq`
  16 Mart 2016    Oxunub:3410
Novruz bayram ilə əlaqədar bu gün və ya sabah əfv sərəncamı imzalana bilər.
Bunu AzVision.az-a açıqlamasında Əfv Komissiyasının üzvü Əliməmməd Nuriyev bildirib.

“Sərəncam bu gün də imzalana bilər, sabah da. Konkret sərəncamın nə vaxt imzalanacağı prezidentin İlham Əliyevin müstəsna səlahiyyətindədir”,-deyə Ə.Nuriyev vurğulayıb.

Komissiyanın digər üzvü Rəşad Məcid isə əfv siyahısının prezidentə təqdim olunduğunu qeyd edib: “Biz siyahını hazırlayıb, prezidentə təqdim etmişik. Ancaq, sərəncamın nə zaman imzalanacağından xəbərsizəm”.

Qeyd edək ki, dövlət başçısına təqdim edilən siyahıda 140 nəfərə yaxın məhbusun adı var.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti