Prezident Herbert Salberlə görüşdü
Herbert Salber Federika Moqerininin ölkəyə səfərindən sonra əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı imkanların açıldığını deyib. O, bildirib ki, Avropa İttifaqı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması işinə öz töhfəsini verə bilər.
Dövlət başçısı Avropa Komissiyasının vitse-prezidenti, Avropa İttifaqının xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerininin Azərbaycana səfərinin uğurlu və məhsuldar olduğunu vurğulayıb. Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlıqdan məmnunluğunu ifadə edən Prezident İlham Əliyev gələcək tərəfdaşlığın yaxşı perspektivlərə malik olduğunu deyib.
Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ətrafında geniş fikir mübadiləsi aparıldı, eyni zamanda, Azərbaycan ilə Avropa İttifaqı arasında əməkdaşlığın müxtəlif sahələrdə inkişaf etdirilməsi ilə bağlı məsələlər müzakirə olunub.







Vaxtında, Aydın, Lazımlı!


