`Hələ əsas hədəfimizə çatmamışıq` - Tale Heydərov

`Hələ əsas hədəfimizə çatmamışıq` -  Tale Heydərov
  16 Mart 2016    Oxunub:3069
Avropa Azərbaycan Cəmiyyəti və “Visions of Azerbaijan” jurnalı yaranmasının 10 illiyini qeyd edir.
AzVision.az-ın məlumatına görə, Avropa Azərbaycan Cəmiyyəti Tale Heydərov tərəfindən 2006-cı ildə Böyük Britaniyada təsis edilən “London Azərbaycan Cəmiyyəti”nin əsasında yaradılıb. Bu münasibətlə mərasim təşkil edilib.

AzVision.az xəbər verir ki, yubiley mərasimində Tale Heydərov cəmiyyətin əsas hədəflərini açıqlayıb:

“Cəmiyyətin əsas hədəflərindən biri Ermənistan-Azərbaycan Dağlıq Qarbağ problemi ilə bağlı ölkəmizin haqq səsini dünyaya çatdırmaq olub. Bu on il ərzində Dağlıq Qarbağ münaqişəsi ilə bağlı məlumatlar çox uğurlu şəkildə Avropa ictimaiyyətinin diqqətinə çatdırılıb”.

T.Heydərov Avropa Azərbaycan Cəmiyyətinin gələcək planlarından söz açaraq bildirib: “Biz nə qədər uğurlu işlərimiz barəsində danışsaq da, deyə bilmərik ki, hədəfə çatmışıq. Azərbaycan prezident İlham Əliyev və hökumətimizin fəaliyyəti nəticəsində hədəfə çatmaq olar. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğal edilməsi ilə bağlı həqiqəti bütün dünyaya çatdırdıqdan sonra biz hədəfimizə çata bilərik. O vaxta qədər əzmlə çalışmalıyıq.

Biz eyni zamanda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyasına aktiv şəkildə qoşulmuşuq. Bu kampaniyaya biz də bir təşkilat olaraq böyük töhvələr vermək istəyirik. Bir neçə il ərzində bu sahədə çoxlu işlər görmüşük. Ən azından Xocalı faciəsində həlak olan azərbaycanlıların haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün mütəmadi olaraq işlər görürük.

Hədəfimiz Xocalı cinayətini törədənləri dünyaya tanıtmaq, onların beynəlxalq hüquq müstəvisində cavab vermələri və layiq olduqları cəzaları almalarıdır. Budur hədəfimiz”.

Hafiz Əhmədov
AzVision.az


Teqlər:  






Xəbər lenti