"Barsa" və "Bavariya" növbəti mərhələdə

"Barsa" və "Bavariya" növbəti mərhələdə
  17 Mart 2016    Oxunub:1918
Ötən gün keçirilən iki oyunla Çempionlar Liqasında 1/8 final mərhələsinə yekun vurulub.
AzVision.az-ın məlumatına görə, ötən gecə keçirilən qarşılaşmalarda "Barselona" və "Bavariya" klubları 1/4 finala vəsiqə qazanıb.

Bununla da, 1/4 finalda mübarizə aparacaq bütün klublar müəyyən edilib. Beləliklə, ÇL-in 1/4 finalında mübarizə aparacaq 8 komanda aşağıdakılardır:

"Atletiko" (Madrid, İspaniya), "Benfika" (Portuqaliya), "Mançester Siti" (İngiltərə), PSJ (Fransa), "Real" (Madrid, İspaniya), "Volfsburq" (Almaniya), "Barselona" (İspaniya), "Bavariya" (Almaniya)

Qeyd edək ki, 1/4 finalın püşkü cümə günü Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində atılacaq.

AzVision.az


Teqlər:





Xəbər lenti