Milli Məclis xüsusi iclas çağırdı
Bu barədə AzVision.az-a Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu məlumat verib. Onun sözlərinə görə, xüsusi iclas sabah keçiriləcək.
Akif Təvəkküloğlu əlavə edib ki, iclasın gündəliyinə bir məsələ daxil edilib. Belə ki, iclasda "Nüvə materiallarının fiziki mühafizəsi haqqında" Konvensiyanın ratifikasiyası haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.
Anar Kəlbiyev
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


