Azərbaycanda nələr oldu? - Günün səs-küylü xəbərləri

Azərbaycanda nələr oldu? - Günün səs-küylü xəbərləri
  17 Mart 2016    Oxunub:3532
Ötən gün Azərbaycanda və dünyada bir çox hadisələr baş verib. Hansı xəbərlər oxucular arasında geniş müzakirələrə səbəb oldu? Martın 16-da nələr baş verdi?
AzVision.az ötən günün ən maraqlı xəbərlərinin xronikasını oxuculara təqdim edir:

Obama Kerrini Putinlə danışıqlara göndərir

ABŞ dövlət katibi Con Kerri növbəti həftə Rusiyaya rəsmi səfər edəcək.

***

Ermənistan Rusiyanı ittiham etdi

Ermənistanın İqtisadi Rəqabətliyin Qorunması Dövlət Komissiyası Cənub-Qafqaz Dəmir Yolunu (Rusiya Dəmir Yollarının törəmə şirkəti, Ermənistanın dəmir yollarına 100 faiz nəzarət edir) tarifləri əsassız qaldırmaqda şübhəli bilərək, müvafiq materialları Rusiya Federasiyasının Antiinhisar Xidmətinə təqdim edib. Bu barədə ötən gün Ermənistan parlamentində komissiyanın sədri Artak Şaboyan bildirib.

***

Bakıda ən çox cinayət törədilən rayonlar - SİYAHI

Bakı Şəhəri Statistika İdarəsindən bildirilib ki, 2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12 288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10 984, 2000-ci ildə 5 539 olub.

***

Azərbaycanda iki dövlət qurumu ləğv edildi

Əmlak Məsələləri Dövlət Komitəsinin tabeçiliyində olan iki qurum ləğv olunub.

***

Dəhşətli faciə: 41 ölü, 75 yaralı

Yəmənin Həccə vilayətində bazara endirilən aviazərbələr zamanı 41 nəfər ölüb, 75 nəfər isə yaralanıb.

***

ABŞ ordusunda azərbaycanlıya yüksək vəzifə verildi

Amerika Birləşmiş Ştatlarının 2015-ci ilin dekabr ayında Rumıniyada istifadəyə verilən Ballistik Raketlərə Qarşı Müdafiə Sistemi hərbi bazasında xarici əlaqələr bürosunun direktoru vəzifəsinə Jonh Naimi Amiral təyin edilib.

***

Avropada miqrantlar belə alçaldılır – VİDEO

Hollandiyanın “PSV” klubunun azarkeşləri İspaniyanın paytaxtı Madriddə miqrantlara qarşı aşağılayıcı hərəkətlər ediblər.

***

Azərbaycanda boşanmaların əsas səbəbləri

Azərbaycanda boşanmaların əsas səbəbləri açıqlanıb.

***

`Bomj` bir gündə 100 min dollar qazandı - SƏBƏB

ABŞ-ın Kaliforniya ştatının Orinc dairəsinin rəhbərliyi iki cinayətkarın tutulmasına dair məlumat verdiyi üçün San-Fransiskodan olan “bomj”a 100 min dollar mükafat verəcək.



Leyla Əliyeva bayram günü körpələr evində - FOTO

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva İlaxır çərşənbə və Novruz bayramı münasibəti ilə körpələr evini ziyarət edib.

***

Səhiyyə nazirindən yeni təyinat

Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin direktoru vəzifəsinə təyinat olub.

***

MSK siyasi partiyalara xəbərdarlıq etdi

“Bu günə qədər 14 siyasi partiya 2015-ci il üzrə illik maliyyə hesabatını Mərkəzi Seçki Komissiyasına təqdim edib”. Bu barədə MSK sədrinin müavini Natiq Məmmədli komissiyanın bu gün keçirilən iclasında deyib.

***

`Azərbaycandan üzr istəməliyik` – Avropa Parlamentinin deputatı

"Şərq tərəfdaşlığı" məntiqi olaraq çıxılmaz vəziyyətə düşüb.

***

Türkiyənin deputatı Ankaranı partladan qızı dəstəklədi – FOTO

Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) erməni əslli deputatı Selina Doğanın martın 13-ü Ankarada törədilən terror aktı ilə bağlı sosial şəbəkədə etdiyi paylaşım ölkədə qalmaqala səbəb olub.

***

Azərbaycanda avtobus qəzası - 12 nəfər yaralanıb

Bərdə rayonunda mikroavtobus qəzaya düşüb, 12 sərnişin yaralanıb.

***

Kerrinin Moskva səfərinin səbəbi bilindi

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bəyan edib ki, ABŞ dövlət katibi Con Kerrinin Moskva səfərinin əsas mövzusu Suriya münaqişəsinin nizamlanması olacaq.



Azərbaycan Qafqazın ən xoşbəxt ölkəsidir – SİYAHI

Danimarka İsveçrəni siyahıda qabaqlayaraq dünyanın ən xoşbəxt ölkəsi olub. Bu barədə BMT-nin dayanaqlı inkişaf yolunun hazırlanması təşkilatı və Kolumbiya Universitetinin Yer İnstitutu ilə birgə hazırladığı hesabatda bildirilir.

***

Neftin taleyi aprelin 17-də həll olunacaq

OPEK-ə üzv ölkələrin və müstəqil neft istehsalatçılarının növbəti görüşü aprelin 17-i Qətərin paytaxtı Dohada keçiriləcək.

***

Aqşin Yenisey məşhurlara cavab verdi: `Mən nə ateist, nə də müsəlmanam` (VİDEO)

AzVision.az “Məşhurların sualı” rubrikasını davam etdirir. Rubrikanın maraqlı və fərqli tərəfi budur ki, tanınmış şəxslərə sualları digər tanınmış şəxslər ünvanlayır.

Budəfəki qonaq tanınmış şair Aqşin Yeniseydir.

***

Dövlət pulunu mənimsəyənlərin cəzası ağırlaşır

Azərbaycanda büdcə vəsaitlərindən və digər dövlət vəsaitlərindən təyinatdan kənar istifadə etməyə görə yeni cəzalar tətbiq edilir.

***

Putini təhqir edənlər həbs olunacaq

Rusiya Dövlət Dumasında “Rusiya Federasiyasının Prezidentinin şərəf və ləyaqətinin qorunması” haqqında qanun layihəsi müzakirəyə çıxarılacaq.

***

Belçikalı deputatlardan Azərbaycana hörmətsizlik - VİDEO

Belçika parlamentinin bir qrup deputatı Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər edib.

***

Prezident iqtisadiyyatla bağlı `yol xəritəsi` qəbul etdi

Prezident İlham Əliyev “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin başlıca istiqamətləri”nin təsdiqi və bundan irəli gələn məsələlər haqqında sərəncam imzalayıb.

***

`Bazarda qiymətlər çox bahadır` - Əli Əhmədov

Yeni Azərbaycan Partiyasının sədr müavini-İcra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün Bakının Xətai rayonundakı kənd təsərrüfatı yarmarkasında, Nərimanov rayonundakı “Yaşıl bazar”da və "Grandmart" marketdə media nümayəndələrinin iştirakı ilə bayramqabağı qiymətlərə baxış keçirib.



Kəndimizə yaz gələndə... - FOTOSESSİYA

Azərbaycanda yazın gəlişinə sayılı günlər qalıb. Bir neçə gündən sonra bahar yurdumuza qədəm qoyacaq. Baharın təravəti kəndlərimizdə indidən hiss olunur: ağaclar çiçək açır, təbiət oyanır, insanlar xoş əhval-ruhiyyə ilə yazın gəlişinə hazırlaşırlar. Əməkdaşımızın Saatlı rayonu, Fətəli kənddən çəkdiyi rəngarəng görüntüləri təqdim edirik:

***

`Hər birimiz dövlət üçün çalışmalıyıq` - Prezidentin köməkçisi

“Dövlətin inkişafı üçün hər kəs uğurlu fəaliyyətlə məşğul olmalıdır”. Bu sözləri Prezidentin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Avropa Azərbaycan Cəmiyyəti və “VisionS of Azerbaijan” jurnalının 10 illiyi münasibəti keçirilən tədbirdə çıxışı zamanı deyib.

***

`Ermənistanda istənilən obyekti məhv edə bilərik` - Müdafiə Nazirliyi

Azərbaycan Müdafiə Nazirliyi “Voenno-promışlennıy kuryer” saytında dərc edilmiş Siyasi və Hərbi Analiz İnstitunun direktor müavini Aleksandr Xramçixinin Azərbaycana dair məqaləsinə münasibət bildirib.

***

`Prezidentin Türkiyəyə səfəri tarixi səfərdir` - Novruz Məmmədov

"Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə səfəri iki dövlət, iki xalq arasında dostluğun, qardaşlığın, strateji tərəfdaşlığın hansı möhkəm təməllər üzərində qurulduğunun bir daha nümunəsidir". Bu barədə Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bildirib.

***

Bankların məcburi ehtiyat norması dəyişir

“Məcburi ehtiyatların norması, hesablanması və saxlanması Qaydası”nda dəyişiklik edib.



Azərbaycan hərbiçiləri `terrorçuları` məhv etdi - FOTOLAR

Türkiyənin Konya şəhərində keçirilən "TURAZ Şahini – 2016" birgə taktiki-uçuş təlimləri davam edir.

***

Dünyanın iki böyük birjası birləşir

London fond birjası LSE və onun Frankfurtdakı rəqibi Deutsche Boerse birjası birləşmə barədə razılığa gəliblər.

***

FES qərarını açıqladı - dollar sürətlə ucuzlaşır

ABŞ-ın Federal Ehtiyatlar Sisteminin (FES) iclasına yekun vurulub.

Hazırladı: Elvin Abdulqədirov


Teqlər:





Xəbər lenti