Mirqədirov həbsinə görə xarici qüvvələri ittiham etdi

Mirqədirov həbsinə görə xarici qüvvələri ittiham etdi
  17 Mart 2016    Oxunub:4234
Bu gün məhkəmənin qərarı ilə azadlığa buraxılan jurnalist Rauf Mirqədirov həbsinə görə, xarici dövlətləri ittiham edib.
AzVision.az xəbər verir ki, Mirqədirov həbsinin xarici qüvvələrlə əlaqəli olduğunu deyib.

“Həbsim Azərbaycana qarşı çıxan xarici dövlətlərin genişmiqyaslı təxribatının tərkib hissəsidir”-deyə R.Mirqədirov vurğulayıb.

Qeyd edək ki, bu gün hakim Abid Abdinbəyovun sədrliyi ilə qapalı keçirilən prosesdə jurnalistə 5 il şərti həbs cəzası verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.

Qeyd edək ki, R.Mirqədirov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə R.Mirqədirov 6 il müddətinə azadlıqdan məhrum edilmişdi. R. Mirqədirov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:






Xəbər lenti