Azərbaycanda yay vaxtına keçid ləğv olundu

Azərbaycanda yay vaxtına keçid ləğv olundu
  17 Mart 2016    Oxunub:6602
Baş nazir Artur Rasizadə “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarının ləğv edilməsi barədə” qərar imzalayıb.

AzVision.az xəbər verir ki, qərar Konstitusiyanın 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifi nəzərə alaraq qəbul edilib.

Qərarla “Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilib.

AzVision.az


Teqlər:  






Xəbər lenti