Prezidentin əfv etdiyi tanınmışlar - SİYAHI

Prezidentin əfv etdiyi tanınmışlar - SİYAHI
  17 Mart 2016    Oxunub:58013
Prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə bir sıra tanınmış şəxslər həbsdən azad edilib.

AzVision.az xəbər verir ki, əfv sərəncamı ilə "İnsan hüquqları" klubunun rəhbəri Rəsul Cəfərov, jurnalist Pərviz Həşimli, Azərbaycan Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı, Müsavat Partiyası başqanın müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli, NİDA-nın üzvləri Məmməd Əzizov, Rəşadət Axundov, Rəşad Həsənov, Ömər Məmmədov azadlığa buraxılıb.

Bundan başqa Prezident Administrasiyasının işlər idarəsinin keçmiş rəhbəri Akif Muradverdiyev, hüquq müdafiəçisi Hilal Məmmədov, Taleh Xasməmmədov, "Demokratiyanın Tədrisi Mərkəzi"nin həmtəsisçisi və sədri Anar Məmmədlinin adı da həbsdən azad edilənlər sırasındadır.

AzVision.az



Teqlər:  





Xəbər lenti