Müsavat prezidentin əfv sərəncamını alqışladı

Müsavat prezidentin əfv sərəncamını alqışladı
  17 Mart 2016    Oxunub:3380
“Müsavat Partiyası prezident İlham Əliyevin imzaladığı əfv sərəncamını yüksək qiymətləndirir”.
Bu barədə AzVision.az-a açıqlamasında Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı deyib.

G.Aslanlı əfv sərəncamının təqdirəlayiq hal olduğunu bildirib: “Məhbusların azadlığa buraxılması müsbət haldır. Müsavat Partiyası bu addımı dəstəkləyir”.

Qeyd edək ki, prezident İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı ilə Müsavat başqanının müavinləri Tofiq Yaqublu və Yadigar Sadıqov, müsavatçı gənc Sirac Kərimli azadlığa çıxıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  





Xəbər lenti