Nazirlik təkzib etdi: 170 min rüşvət verən şəxs müəllim deyil

Nazirlik təkzib etdi: 170 min rüşvət verən şəxs müəllim deyil
  17 Mart 2016    Oxunub:2972
Təhsil Nazirliyi Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin (AQUPDK) sabiq Aparat rəhbəri Səfər İmanov tərəfindən 170 min dollarının mənimsənildiyini iddia edən Eynur Kərimovun müəllim işləməsi ilə bağlı məlumata aydınlıq gətirib.

Təhsil Nazirliyindən AzVision.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Təhsilin İdarəolunmasının Məlumat Sistemində Eynur Kərimov adlı vətəndaşın respublikanın ümumtəhsil məktəblərinin hər hansı birində müəllim işləməsi barədə məlumat aşkar edilməyib.

Qeyd edək ki, vəkil Adəm Məmmədov mətbuata açıqlamasında Eynur Kərimovun hazırda da müəllim kimi fəaliyyətini davam etdirdiyini bildirmişdi.

Xatırladaq ki, Komitənin mətbuat xidmətinin fevralın 17-də yaydığı məlumata görə, sabiq Aparat rəhbəri Səfər İmanov komitədə işdən ayrıldıqdan bir neçə ay sonra 170 min dollarının mənimsənilməsini iddia edən Kərimov Eynur adlı şəxs komitəyə müraciət edib. Həmin vətəndaşın dediyinə görə, o, 4 il əvvəl Səfər İmanova pul vəsaiti təqdim edib. Eyni zamanda rəqəmlər şəxs tərəfindən dəyişdirilərək hər dəfə fərqli ifadə edilib.

Gültəkin Ələsgər
AzVision.az


Teqlər:  






Xəbər lenti