Cərimələri ödəməyən şəxslər ölkədən çıxa bilməyəcək
İndiyə qədər Ədliyyə Nazirliyinin məhkəmə qərarı əsasında verilmiş icra sənədinin könüllü icra üçün müəyyən olunmuş vaxtda üzrsüz səbəbdən icra edilməməsinə görə məhkəmənin qərarı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olub. Dəyişikliyə əsasən isə bundan sonra Ədliyyə Nazirliyinin məhkəmənin əmri və vergi orqanlarının pul tələblərinin ödənilməsi ilə bağlı inzibati aktı ilə ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılan şəxslər haqqında məlumatların “Sərhədkeçməyə məhdudiyyət siyahısı”na daxil edilməsi və müvafiq əsaslar aradan qalxdıqda, məlumatların aktiv statusunun dəyişdirilməsi səlahiyyəti olacaq.
AzVision.az
Teqlər:







Vaxtında, Aydın, Lazımlı!


