Azərbaycanda böyük əməliyyat - Yarım ton heroin ələ keçirildi

Azərbaycanda böyük əməliyyat - Yarım ton heroin ələ keçirildi
  18 Mart 2016    Oxunub:3322
Azərbaycan gömrükçüləri külli miqdarda narkotik vasitənin ölkə ərazisindən tranzit keçirilməklə qaçaqmalçılıq yolu ilə aparılmasına cəhdin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata əsasən, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunda İran İslam Respublikasından gələn və Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə Ukraynaya getmək istəyən "90-ZV-438" / "99-ZC-154" nömrəli yük avtomobili saxlanılıb.

Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi həmin avtomobilə baxış zamanı 450 kq narkotik vasitə - heroin aşkar olunaraq götürülüb.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.


Teqlər:  






Xəbər lenti