Əfv sərəncamının icrasına başlanıldı - Yenilənib

Əfv sərəncamının icrasına başlanıldı - Yenilənib
  18 Mart 2016    Oxunub:3087
Prezident İlham Əliyevin məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında imzaladığı sərəncamının icrasına başlanılıb.
Qeyd edək ki, əfv sərəncamı ümumilikdə 148 nəfərə şamil olunub. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş 137 nəfər cəzanın çəkilməmiş hissəsindən, islah işləri cəzasına məhkum edilmiş 6 nəfər cəzanın çəkilməmiş hissəsindən və cərimə cəzasına məhkum edilmiş 5 nəfər cəzadan azad ediliblər.

Tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Akif Muradverdiyev, Anar Məmmədli, Sirac Kərimli, Nemət Pənahlı, Pərviz Həşimli, Hilal Məmmədov, Taleh Xasməmmədov, Rəşad Həsənov, Ömər Məmmədov və Məmməd Əzizov da əfv olunub.

Əfv olunanlar arasında 16 xarici ölkə vətəndaşı da var.

***

Bu gün səhər saatlarından bir qrup məhbus cəzaçəkmə müəssisələrindən azadlığa buraxılıb. Tanınmış məhbuslardan Tofiq Yaqublu, Yadigar Sadıqov, Rəsul Cəfərov, Rəşadət Axundov, Sirac Kərimli və digərləri artıq azadlığa çıxıblar.

AzVision.az


Teqlər:  





Xəbər lenti