Həbsdən çıxan kimi bayrağı öpdü... - FOTOLAR

Həbsdən çıxan kimi bayrağı öpdü... - FOTOLAR
  18 Mart 2016    Oxunub:23877
Prezident İlham Əliyevin ötən gün imzaladığı əfv sərəncamı Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Qadınlar üçün 4 saylı cəzaçəkmə müəssisəsində icra olunub.

AzVision.az xəbər verir ki, Şəbnəm Bayramova və Xocayeva Mastura Urakovna adlı iki məhkum qadın azadlığa buraxılıb.

Azadlığa çıxan məhkumlar prezident İlham Əliyevə təşəkkür ediblər.

Azadlığa çıxan Özbəkistan vətəndaşı Xocayeva Mastura Azərbaycan bayrağını öpərək ölkə rəhbərliyinə minnətdarlığını bildirib.

`Arzu edirdim ki. həbsdən çıxanda Azərbaycan bayrağını öpüb, bu ölkəyə olan sevgimi sübut edəcəyəm. Prezident İlham Əliyevə təşəkkür edirəm ki, bu günü görməyi mənə nəsib etdi. Həbsdə özümə yeni dostlar tapdım. Azərbaycanlılar çox mehriban və qonaqpərvərdilər`,-deyə Xocayeva Mastura bildirib.

Qeyd edək ki, əfv edilən Şəbnəm Bayramova 2011-ci ildə həbs edilib. Belə ki, 2011-ci il mayın 21-i saat 18 radələrində 3 naməlum şəxs R.Qəmbərov küçəsində yerləşən parkda Xırdalan şəhər sakini Səyyad Şahquliyevin 150 manatını və mobil telefonunu almışlar. Sabunçu RPİ 13-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluqda şübhəli bilinənlər Anar Allahverdiyev, Şəbnəm Bayramova və Ramin İbrahimov mayın 26-da tutulublar.

Hafiz Əhmədov
Foto: Elvin Abdulla

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti