Oqtay Əsədovdan mətbuata irad: `Bu nə deməkdir?`

Oqtay Əsədovdan mətbuata irad: `Bu nə deməkdir?`
  18 Mart 2016    Oxunub:2816
“Milli Məclisin daxili nizamnaməsinə əsasən bir ayda 2 iclas keçirilə bilər. Əlavə iclasın keçirilməsi parlamentin öz işidir. İclasın gündəliyində 1, 5 və 25 məsələ ola bilər. Ötən gün mətbuatda qeyd olunub ki, bu gün üçün parlamentin növbədənkənar, xüsusi iclası çağırılıb. Bu nə deməkdir?”.

AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədov deyib.

Parlament sədri çıxışında bəzi KİV-lərə iradlarını bildirib:“Növbədənkənar iclas o zaman ola bilər ki, sessiya iclasları tamamilə qapansın və bundan sonra yeni növbədənkənar iclas çağırılsın. Bir çox qəzetlərdə isə “fövqəladə iclas” başlığı qoyublar. İnsanlar da elə başa düşürlər ki, guya aləm dağılır və xeyir ola birdən-birə belə iclas çağırılıb. Mətbuatdan xahiş edirəm ki, hər məsələni bu qədər şişirtməsinlər”.

Anar Kəlbiyev
AzVision.az



Teqlər:  





Xəbər lenti