Kanerva və Santos da əfv sərəncamını alqışladı

Kanerva və Santos da əfv sərəncamını alqışladı
  18 Mart 2016    Oxunub:2456
ATƏT-in Parlament Assambleyasının prezidenti İlkka Kanerva və ATƏT-in Parlament Assambleyasının demokratiya, insan hüquqları və humanitar məsələlər komitəsinin sədri İzabel Santos Azərbaycan prezidenti İlham Əliyev tərəfindən imzalanan əfv sərəncamını alqışlayıb.

Bu barədə AzVision.az ATƏT-in Parlament Assambleyasından daxil olan məlumatda bildirilir.

“Mən prezident İlham Əliyevin xeyli sayda insanın azadlığa çıxması ilə bağlı bu etik hərəkətini alqışlayıram. Qərarı ATƏT-in Parlament Assambleyası da daxil olmaqla, beynəlxalq birlik çoxdan gözləyirdi. Biz bundan sonra Azərbaycanın ATƏT qarşında götürdüyü öhdəlikləri yerinə yetirməsinə təşviq edəcəyik. Mən səbirsizliklə gələcək konstruktiv dialoq və proqresi gözləyəcəm”, - deyə Kanerva bildirib.

Santos isə qeyd edib: “Mən, nəhayət Azərbaycanın insan haqları üzrə pozitiv addım atmasını alqışlamaq imkanına görə şadam. Ümid edirəm ki, əfv olunan şəxslər ölkədə dialoqa öz töhfələrini verə biləcəklər”.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  






Xəbər lenti