`Prezident məni çox sevindirdi` - İcra başçısı

`Prezident məni çox sevindirdi` - İcra başçısı
  18 Mart 2016    Oxunub:3763
Ötən gün prezident İlham Əliyev tərəfindən Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərovun “Şöhrət” ordeni ilə təltif edilib.
“Şöhrət” ordenli Bayram Səfərov təəssüratlarını AzVision.az-la bölüşüb.

B.Səfərov təltif edilməsi xəbərini eşidəndə çox sevindiyini deyib: “Təltif olunduğuma görə çox sevinirəm. Kim istəməz ki, təltif olunsun? Hamı kimi mən də prezidentimiz tərəfindən təltif olunmaq istəyirdim. Bu günü çoxdan gözləyirdim. Sağ olsun, möhtərəm prezidentimiz mənə böyük etimad göstərdi. Ölkə başçısı məni çox sevindirdi.

Ölkə başçısı tərəfindən mənə göstərilən etimadı doğrultmağa çalışacağam. Əlimdən gəldiyi qədər xalqıma, vətənimə, dövlətimə, xüsusən də prezidentimə xidmət edəcəyəm”, - deyə B.Səfərov vurğulayıb.

Elvin Abdulqədirov
AzVision.az


Teqlər:  






Xəbər lenti