İtən neftçilərin axtarışları davam edir

İtən neftçilərin axtarışları davam edir
  18 Mart 2016    Oxunub:2586
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Günəşli” yatağındakı 10 və “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində “Neft Daşları”ndakı 501 nömrəli dəniz özüllərində keçən il dekabrın 4-də baş vermiş qəza nəticəsində itkin düşmüş neftçilərin Xəzər dənizində müşahidə-axtarış işləri Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən davam etdirilir.
FHN-in mətbuat xidmətindən AzVision.az-a bildirilib ki, hazırda nazirliyin Dövlət Sularda Xilasetmə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri sahilboyu və Aviasiya dəstəsinin helikopteri dənizdə müşahidə-axtarış işlərini həyata keçirir.

AzVision.az


Teqlər:





Xəbər lenti