Nazirlikdən yay vaxtının ləğvi ilə bağlı tövsiyələr
AzVision.az xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar olaraq ölkədə fəaliyyət göstərən operator (o cümlədən mobil), provayderlər yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb, onlara informasiya sistemləri və şəbəkələrinin UTC+4:00 ilə sinxronlaşdırılması üçün qabaqlayıcı tədbirlər görülməsi tövsiyə edilib.
Həmçinin ölkəmizdə fəaliyyət göstərən tanınmış xarici şirkətlərin (Microsoft və s.) yerli nümayəndəlikləri də yay vaxtına keçidin ləğv olunması barədə məlumatlandırılıb.
Eyni zamanda, UNIX əsaslı əməliyyat sistemləri üçün aşağıdakı linkdən yeniləmə paketini endirib tətbiq etməyiniz tövsiyə olunur:
https://azvision.az/redirect.php?url=http://cache.gmane.org//gmane/comp/time/tz/10687-001.bin
Fərdi istifadəçilərdən kompüter və mobil telefonlarının “tarix və vaxt” menyusundan “avtomatik” rejiminin deaktiv edilməsi tövsiyə olunur.
AzVision.az







Vaxtında, Aydın, Lazımlı!


